DÇ-2018: Belçika ¼ finala vəsiqəni əlavə vaxtın son dəqiqəsində qazandı
İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsin son oyununda Belçika və Yaponiya milliləri üz-üzə gəlib.
Virtualaz.org bildirir ki, “Rostov Arena” stadionunda keçilən görüşdə Belçika millisi matçın 94-cü dəqiqəsində Çarlinin qolu ilə 3-2 qalib gəlib və 1/4 finalda Braziliyanın rəqibi olub.
Səkkizdəbir final mərhələsinə bu gün, iyulun 3-də İsveç-İsveçrə və İngiltərə-Kolumbiya matçları ilə yekun vurulacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də keçiriləcək.
Mənbə:> Virtualaz.org