Qurban Qurbanovun oğlu Azərbaycan millisində oynayacaq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.
Aprelin 9-da start götürəcək yarışdan əvvəl Bakıda yığmanın təlim-məşq toplanışı olacaq. Aprelin 3-də başlanacaq 6 günlük hazırlıq prosesinə 24 futbolçu cəlb edilib. Onların sırasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var:
Qeyd edək ki, 8 gün davam edəcək turnirə 20 futbolçu aparılacaq. Azərbaycan millisi aprelin 11-də Makedoniya, 13-də Xorvatiya, 15-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Mənbə:> AzNews.info