Azərbaycan-Belarus matçı Bakı Olimpiya Stadionunda oynanılacaq
Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib.
Virtualaz.org bildirir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.
Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.
Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Martın 23-də saat 20:00-da isə Bakı Olimpiya Stadionunda Azərbaycan-Belarus matçına start veriləcək.
Mənbə:> Virtualaz.org