"Real"da inqilab: iki ulduz gedir, onlar gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Real"da inqilab: iki ulduz gedir, onlar gəlir

 "Real"da inqilab: iki ulduz gedir, onlar gəlir



"Real" yayda heyətində ciddi islahatlara gedəcək. Fanat.Az xəbər verir ki, artıq iki ulduz futbolçunun komandanı tərk edəcəyi bəllidi.

"El Mundo Deportivo"nun məlumatına görə, Qaret Beyl və Kərim Benzema yola salınacaq. Artıq hər iki futbolçuya bu barədə məlumat verilib.

"Real"ın transfer siyahısındakı bir nömrəli hədəf Neymardı. Amma braziliyalı ulduzun bu tezliklə PSJ-dən ayrılması gözlənilmir.

Digər hədəflər isə "Tottenhem"dən Harry Keyn və "Çelsi"dən Eden Hazard hesab olunur. "Real"ın Beyl və 110 milyon avro təklif edərək Eden Hazardı transfer etmək istədiyi deyilir. Uelsli ulduz üçün digər variantlar isə "Mançester Yunayted" və "Tottenhem" hesab olunur.

Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb. 28 yaşlı futbolçu cari mövsümdə 22 rəsmi oyuna çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Benzema isə 2009-cu ildə "Lion"dan "Real"a 35 milyon avroya transfer olunub. 30 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Mənbə: Fanat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *