13 milyona alınan futbolçunu 70 milyona transfer edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

13 milyona alınan futbolçunu 70 milyona transfer edirlər

13 milyona alınan futbolçunu 70 milyona transfer edirlər

Avropanın böyük klublarının maraq dairəsində olan "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanqa Çindən təklif gəlib. Fanat.Az xəbər verir ki, qabonlu futbolçunu "Quanqzu Everqrande" və "Pekin Quoan" klubları transfer etmək istəyir.

Bildirilir ki, "Quanqzu Everqrande" Aubameyanq üçün "Borussiya"ya 70 miyon avro, futbolçunun özünə 18 milyon avro maaş təklif edir.

"Pekin Quoan"ın da bu transfer üçün 2 aydır almanlarla danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya "Borussiya"ya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 23 rəsmi oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: Fanat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *