Hakim PSJ-nin oyununda futbolçunu vurdu və qovdu
Fransa Liqa 1-in 20-ci turunda "Nant" və PSJ arasında oynanan matçda qalmaqallı hadisə baş verib.
Milli.Az xəbər verir ki, oyunun 90-cı dəqiqəsində ev sahibi komandanın müdafiəçisi Dieqo Karlos təsdaüfən oyunun baş hakımı Toni Şarponu yıxıb.
Lakin referi bunu cavabsız qoymayıb və ilk öncə oyunçunu təpiklə vurmağa çalışıb. Sonra isə ayağa qalxaraq Dieqoya 2-ci sarı kartı göstərərək onu oyundan kənarlaşdırıb.
Mənbə:> Milli.Az