"İnter" - "Xəzər Lənkəran": 6-cı duel, 9-cu qarşılaşma » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"İnter" - "Xəzər Lənkəran": 6-cı duel, 9-cu qarşılaşma

"İnter" - "Xəzər Lənkəran": 6-cı duel, 9-cu qarşılaşma


Azərbaycan Kubokunun 1/4 final mərhələsində "İnter" "Xəzər Lənkəran"ı sınağa çəkəcək. ANS PRESS-in məlumatına görə, Bakı və Lənkəran klublarının yolu 6-cı dəfə kəsişir.

Komandalar indiyədək 2 dəfə yarımfinalda, 2 dəfə finalda qarşılaşıb və bu dəfəki matçlar 1/4 finalda 2-ci qarşılaşma olacaq.

"İnter"lə "Xəzər Lənkəran" arasında baş tutmuş 8 oyunda penalti seriyası da daхil olmaqla "Xəzər Lənkəran" 4, "İnter" 2 dəfə qələbə qazanıb, 2 oyunda isə qalib müəyyənləşməyib. "Xəzər Lənkəran" iki dəfə finalda rəqibini udaraq kuboka sahib çıхıb.

Bütün görüşlərdə qol vuran “Xəzər Lənkəran” 10 qola sevinib, "İnter"də isə bu say 8-di.

Qeyd edək ki, komandalar bu mövsüm Premyer Liqada 3 dəfə qarşılaşıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" növbəti iki matçda rəqibinə uduzub - 1:3, 1:2.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *