Azərbaycan çempionatında hakimdən şübhəli penalti qərarı – VİDEO
Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ” klubu doğma meydanda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma oyunun baş hakimi Rəhim Həsənov şübhəli qərarı ilə yadda qalıb.
R.Həsənov matçın 87-ci dəqiqəsndə qonaqların qapısına 11 metrlik zərbə təyin edib. Belə ki, top Stankoviçin üzünə dəysə də, referi bunu penalti kimi dəyərləndirib. Almeyda isə ona təqdim olunmuş bu şansı boşa verməyib.
Oyunun son dəqiqələrində Dino Ndlovu “Qarabağ”ın ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu qələbədən sonra “Qarabağ” turnir cədvəlində birinci pilləyə yüksəlib.
Mənbə:> Oxu.Az