“Qarabağ” Yunanıstandan qələbə ilə qayıdır – VİDEO
UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “J” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” səfərdə Yunanıstanın PAOK klubunun qonağı olub.
Soloniki şəhərinin “Tumba” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu matçın 69-cu dəqiqəsində Miçel vurub.
Bu qrupun digər qarşılaşmasında İtaliyanın “Fiorentina” klubu doğma meydanda Çexiyanın “Slovan” komandasına 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, 4 turdan sonra “Fiorentina” 10 xalla birinci yerdə qərarlaşıb. Xallarının sayını 7-yə çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. PAOK 4 xalla 3-cü, “Slovan” isə 1 xalla sonuncu, dördüncüdür.
Mənbə:> Oxu.Az