Azərbaycan Premyer Liqasında baş hakim vərəqələri səhv salıb
Hazırda davam edən Azərbaycan Premyer Liqasında XIII turun “Zirə” – “İnter” oyununda qeyri-adi hadisə baş verib.
AzNews.info Report-a istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində baş hakim Orxan Məmmədov qonaq komandanın futbolçusu Pərdis Fərcad-Azada “sarı” əvəzinə qırmızı vərəqə göstərib.
Fərcad-Azad referinin qərarına etiraz etdikdən sonra məsələ həll olunub. Məmmədovun səhvən qırmızı vərəqəyə əl atdığı müəyyənləşib.
Mənbə:> Report