“Beşiktaş”dan möhtəşəm geri dönüş » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

“Beşiktaş”dan möhtəşəm geri dönüş – VİDEO

“Beşiktaş”dan möhtəşəm geri dönüş


Noyabrın 23-də, Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” klubu doğma meydanda Portuqaliyanın “Benfika” komandasını qəbul edib.

Qonaq komanda ilk hissədə “qara qartallar”ın qapısından üç top keçirib. Quedeş, Semeda və Feysa müvafiq olaraq 10-cu, 25-ci və 31-ci dəqiqələrdə fərqləniblər.

Hesabda üç top geri olmasına baxmayaraq, Şenol Güneşin yetirmələri geri dönüş etməyi bacarıblar. Cenk Tosun 58-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 83-cü dəqiqədə Quaresma penaltidən fərqlənərək fərqi minimuma endirib, altı dəqiqə sonra isə Vinsent Abubakar oyunda tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Beşiktaş” xallarını sayını yeddiyə çatdırıb. Eyni xala bu gün Ukrayna “Dinamo”sunu qəbul edəcək “Napoli” də malikdir. “Benfika” səkkiz xalla qrup lideridir, bir xala malik “Dinamo” isə sonuncudur.

“B” qrupunun son turunda “Beşiktaş” səfərdə “Dinamo”nun qonağı olacaq, “Benfika” isə evdə “Napoli”ni qəbul edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *