Çempionlar Liqasında bütün qruplar müəyyənləşdi
Futbol üzrə Çempionlar Liqasının 2016/17 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, qrup mərhələsində ən çox komanda ilə İspaniya, İngiltərə və Almaniya təmsil olunacaq - 4.
Fransa və Portuqaliyanın üç, İtaliya və Rusiyanın iki, Hollandiya, Bolqarıstan, Şotlandiya, Polşa, Danimarka, Ukrayna, Türkiyə, Belçika, Xorvatiya və İsveçrənin isə 1 komandası bu mərhələdə iştirak edəcək.
Qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib.
A qrupu: PSJ (Fransa), “Arsenal” (İngiltərə), “Bazel” (İsveçrə), “Ludoqorets” (Bolqarıstan)
B qrupu: “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Dinamo” (Ukrayna), “Beşiktaş” (Türkiyə)
C qrupu: “Barselona” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Borussiya” (M) (Almaniya), “Seltik” (Şotlandiya)
D qrupu: “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), PSV (Hollandiya), “Rostov” (Rusiya)
E qrupu: MOİK (Rusiya), “Bayer” (Almaniya), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa)
F qrupu: “Real Madrid” (İspaniya), “Borussiya” (D) (Almaniya), “Sportinq” (Portuqaliya), “Legiya” (Polşa)
G qrupu: “Lester” (İngiltərə), “Portu” (Portuqaliya), “Brügge” (Belçika), “Kopenhagen” (Danimarka)
H qrupu: “Yuventus” (İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Dinamo” Z (Xorvatiya)
Mənbə:> Oxu.Az