Çempionlar Liqası: Həyəcan başladı – NƏTİCƏLƏR
Futbol üzrə Çempionlar Liqasında 2016/2017 mövsümünün qrup mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, “A” “B” “C” və “D” qruplarında ilk turun oyunları keçirilib.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” səfərdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçın 12-ci dəqiqəsində Franco Cervi meydan sahiblərini hesabda irəli çıxarıb. “Qara qartallar” məğlubiyyətdən son dəqiqədə məhz “Benfika”dan transfer edilən Anderson Talisca xilas edib.
Bu qrupun digər oyununda İtaliyanın “Napoli” klubu səfərdə Ukraynanın “Dinamo” komandasını 1:2 hesabı ilə məğlub edib.
Çempionlar Liqası
Qrup mərhələsi. I tur
13 sentyabr
A qrupu
“Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) - 1:1
Qollar: Stefen, 80 - Kafu, 45
PSJ (Fransa) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Kavani, 1 - Aleksis Sançez, 78
B qrupu
“Benfika” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 1:1
Qolla: Cervi, 12 - Talişka, 90+3
“Dinamo” (Kiyev, Ukrayna) – “Napoli” (İtaliya) - 1:2
Qollar: Qarmaş, 26 - Milik, 36, 45+2
C qrupu
“Barselona” (İspaniya) – “Seltik” (Şotlandiya) - 7:0
Qollar: Messi, 3, 27, 60, Neymar, 50, İnyesta, 59, Suarez, 75, 88
22:45. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - (Təxirə salınıb)
D qrupu
“Bavariya” (Almaniya) – “Rostov” (Rusiya) - 5:0
Qollar: Levandovski, 28, Müller, 45, Kimmix, 53, 60, Bernat, 90
PSV (Hollandiya) – “Atletiko” (İspaniya) - 0:1
Qol: Nigez, 43
Mənbə:> Oxu.az