Qırmızı kart alan futbolçu hakimi öldürüb – Meksikada
Meksikanın Hidalqo ştatında futbol oyunu zamanı qətl hadisəsi baş verib.
“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, insident noyabrın 6-da Meksikanın həvəskarlaq liqası çərçivəsində “Amigos del Balon” stadionunda keçirilən matçda qeydə alınıb.
Qarşılaşmanı idarə edən hakim Viktor Trexo futbolçu Ruben Rivera Vasqesə kobud oyuna görə qırmızı vərəqə göstərib. Futbolçu isə cavabında hakimə kəllə vurub. Viktor Trexo aldığı zərbədən hadisə yerindəcə keçinib.
Mənbə:> Qafqazinfo.az