“Qarabağ”ın futbolçusu Avropada həftənin oyunçusu seçildi
“Qarabağ»ın futbolçusu həftənin oyunçusu seçilib.
Trend xəbər verir ki, Ağdam təmsilçisinin ispaniyalı yarımmüdafiəçisi Dani Kintana UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayıb.
O bu göstərici ilə UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” - PAOK oyununda D.Kintana ilk qolun müəllifi olub
Mənbə:> Trend