Premyer Liqada püşk atılıb
Çempionat avqustun 6-7-də başlayacaq.
Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, tədbir saat 12:00-da AFFA-nın inzibati binasında təşkil olunub.
Püşkatmada Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurum rəsmiləri, klub nümayəndələri və jurnalistlər iştirak ediblər.
Qarşıdakı mövsümdə Premyer Liqamızda 8 klub iştirak edəcək və yenə 4 dövrədən ibarət mübarizə olacaq.
I turda bu oyunlar baş tutacaq: “Qəbələ” – “Kəpəz”, “Qarabağ – İnter”, “Zirə” – “Sumqayıt”, AZAL – “Neftçi”.
Qeyd edək ki, çempionat avqustun 6-7-də başlayacaq.
Mənbə:> Oxu.az