Premyer Liqanın oyun cədvəli dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Premyer Liqanın oyun cədvəli dəyişdi

Premyer Liqanın oyun cədvəli dəyişdi


Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli məlum olub.

Oxu.Az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, çempionatın 3 oyunu oktyabrın 31-i, 2 oyunu isə noyabrın 2-də keçiriləcək:

31 oktyabr (şənbə)

“Qarabağ” – AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 18:00

“İnter” – “Zirə”
“İnter Arena”, 16:00

2 noyabr (bazar ertəsi)

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00

“Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena”, 21:00

Qeyd edək ki, "Kəpəz" klubu Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqanın XI turunda keçirilməli olan “Kəpəz” – “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. Belə ki, XI turun matçı “Qəbələ” – “Kəpəz” kimi 3-cü dövrənin XIX turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq.

Xatırladaq ki, bundan əvvəl noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər günü olduğu üçün oyunların əvvəlcədən nəzərdə tutulduğu kimi 1-2 noyabrda deyil, 31 oktyabrda keçiriləcəyi bildirilirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *