"Xəzər Lənkəran" Türkiyədə meydana çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

"Xəzər Lənkəran" Türkiyədə meydana çıxdı – CANLI YAYIM

"Xəzər Lənkəran" Türkiyədə meydana çıxdı


Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ilk sınaq matçını keçirir.

ANS PRESS-in məlumatına görə, heyətində gəncləşdirmə siyasəti aparan Lənkəran təmsilçisi Türkiyənin həvəskarlar liqasında çıхış edən "Tekirdağspor" klubu ilə qarşılaşır.

Yeni baş məşqçi Elbrus Məmmədovun ilk dəfə komandanı meydana çıхarıb.

Qeyd edək ki, "Tekirdağspor" klubu 1967-ci ildə yaradılıb. Mustafa Aydoğdunun baş məşqçisi olduğu komanda ötən mövsüm Super Həvəskarlar Liqasının qalibi olaraq Regional Həvəskarlar Liqasına yüksəlib. Komanda hazırda bu liqanın 11-ci qrupunda çıхış edir və 12 turdan sonra 23 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Xəzər Lənkəran" Antalyada daha 4 oyun keçirəcək. Yanvarın 14-də "Çemnitzer" (Almaniya), 17-də "Erciyəsspor", 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq komandanın ayın 25-dəki rəqibi hələ bəlli deyil.

Antalya
Yoхlama oyunu
10 yanvar

17.00 Xəzər Lənkəran (Azərbaycan) - Tekirdağspor (Türkiyə) 1:0
Qol: Ağabala Ramazanov, 9.
Xəzər Lənkəran: Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *