“Qarabağ”ın Çempionlar Liqasında ilk oyunu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qarabağ”ın Çempionlar Liqasında ilk oyunu

“Qarabağ”ın Çempionlar Liqasında ilk oyunu



Gələn mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların ilk oyunlarının vaxtı bəllidir. ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında yarışacaq “Qarabağ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

UEFA-nın saytının məlumatına görə, bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək. Avropa Liqasında ölkəmizi bu mövsüm təmsil edəcək üç klubun (“Qəbələ”, “Kəpəz”, “Neftçi” və ya AZAL ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək.

Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub. Azərbaycan klublarının rəqiblərinin adına isə iyunun 22-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək.

Çempionlar Liqasının 2016/17 mövsümündə iştirak edəcək komandaların siyahısına yavaş-yavaş aydınlıq gəlir. Artıq qitənin bir nömrəli klub turnirində iştirak edəcək 31 komandanın adı müəyyənləşib.

Bunlardan 5-i birinci, 13-ü ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq. Azərbaycan çempionu da 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacağından, həmin 18 komanda təmsilçimizin potensial rəqibidir. Bu iki mərhələdə iştirak edəcək qalan 20 komandanın adı hələ aydınlaşmayıb.

Artıq Çempionlar Liqasında iştirakı dəqiqləşmiş qalan 13 komandadan 2-si üçüncü təsnifat mərhələsinə, 11-i birbaşa qrupa vəsiqə qazanıb.

I təsnifat mərhələsi
Valletta (Malta), B36 Torşavn (Farer adaları), Flora (Estoniya), TNS (Uels), Santa Koloma (Andorra).
II təsnifat mərhələsi
APOEL (Cənubi Kipr), BATE (Belarus), Norrkopinq (İsveç), Rusenborq (Norveç), Ferençvaroş (Macarıstan), Astana (Qazaxıstan), Dinamo (Tiflis, Gürcüstan), SJK (Finlandiya), Hafnarfyordor (İslandiya), Dundalk (İrlandiya), Krusaders (Şimali İrlandiya), Jalgirs (Litva), Liepaya (Latviya).
III təsnifat mərhələsi
Olimpiakos (Yunanıstan), Şaxtyor (Ukrayna).
Qrup mərhələsi
Barselona, Atletiko, Real (hamısı İspaniya), Leyçester (İngiltərə), Bavariya, Borussia Dortmund (ikisi də Almaniya), Yuventus (İtaliya), Benfika, Sportinq (ikisi də Portuqaliya), PSJ (Fransa), Dinamo Kiyev (Ukrayna).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *