Mourinyonun tələb etdiyi 18 yaşlı istedad – FOTO
İngiltərənin "Mançester Yunayted" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Joze Mourinyo ilə anlaşan "qırmızı şeytan"lar Renato Sançesi hədəfə alıb.
Renato Portuqaliya çempionatının ən bahalı oyunçusuna çevirilib.
18 yaşında olmasına baxmayaraq portuqaliyalı futbolçu adından söz etdirə bilib. Perespektivli oyunçu ilə artıq "Real", "Barselona", "Mançester Siti", "Bavariya" və PSJ kimi nəhəng klublar ciddi maraqlanır.
Mourinyo rəhbərlikdən bu futbolçunun transferini istəyib. "Mançester Yunayted" Renato üçün tezliklə "Benfika"ya rəsmi təklif gördərəcək. Portuqaliya mətbuatı “Mançester Yunayted” və “Benfika” klublarının Renatonun satılması barədə razılığa gəldiyini qeyd edib. İngilislər 18 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə edib. Bildirilir ki, “yeni Ronaldinyo” kimi təqdim olunan futbolçu üçün Mançesterdə ev axtarışına başlanıb.
Bir müddət əvvəl Portuqaliyanın "Benfika" klubu gənc futbolçusu Renato Sançesin qiymətini açıqlayıb. 18 yaşlı yarımmüdafiəçini əldə etmək istəyən klub 80 milyon avro xərcə düşəcək. Əvvəlcə onun müqaviləsinə "başqa kluba keçmək üçün 30 milyon avro ödənməlidi" maddəsi salınmışdı. Bir müddət əvvəl bu məbləğ 45 milyona qaldırılmışdı. İndi isə 80 milyonadək artırılıb. Bununla da Renato Portuqaliya çempionatının ən bahalı oyunçusuna çevirilib.
“Mançester Yunayted” rəsmiləri gənc istedad bir neçə dəfə canlı olaraq iş başında izləyib. Renato ingilis skautlar tərəfindən fiziki cəhətdən çox güclü yarımmüdafiəçi kimi qələmə verilib. Futbolçunun universallığı da ingilislərin işinə yarayır. Renato Sançes vinger, pleymeyker və dayaq yarımmüdafiəçisi kimi oynaya bilir.
Renato Sançes "Benfika"nın yetirməsidi. Portuqaliyanın A millisinə də çağırılan 18 yaşlı yarımmüdafiəçi cari mövsümün əvvəlində yüksəldiyi klubun əsas heyətində 31 rəsmi oyunda 2 qol vurub.
Mənbə:> ANSPRESS