Tərlan Əhmədovdan "tilsim"li açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Tərlan Əhmədovdan "tilsim"li açıqlama

Tərlan Əhmədovdan "tilsim"li açıqlama


344 gündən sonra Şüvəlanda qələbə qazanan AZAL “tilsim"i qırdı. İlin son ev oyununda “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanan “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov baş məşqçi postunda yetirmələrinin ilk ev qələbəsini gördü. Çalışdırıcı oyundan sonra Fanat.az-a açıqlama verib:

“Əlbəttə, tilsimi qırdığımıza görə çox şadam. Əslində xurafata inanan adam deyiləm. Əksinə mömin insanam, dini kitablar oxumaq hobbimdi. Ancaq sonuncu dəfə ötən ilin dekabrında Vaqif Sadıqovun rəhbərliyi altında “Neftçi”ni yenən AZAL-ın evdə qələbəyə həsrət qalması çox təəccüblü idi. Dəqiq bilirəm ki, nəfs və göz deyilən şeylər var. Sindrom uzandıqca istər-istəməz insanda fərqli fikirlər formalaşır, kənardan o qədər danışırlar ki, adam xurafata meyllənir. Sanki stadion lənətlənmişdi, yaxşı oynadığımız matçlarda da sonluğu gətirə bilmirdik. Şükürlər olsun ki, hər şey geridə qaldı. Qarşıda çətin oyunlarımız var, hazırlaşmalıyıq. Bu il öz meydanımızda keçirdiyimiz son oyunda qələbə qazanmağımız yerinə düşdü”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *