"Millini türk mütəxəssis çalışdıra bilər"
"Milli komandanın başına kimin keçəcəyi hələ bilmirəm. Federasiya ilə bir çox namizədlə bağlı fikir mübadiləsi aparırıq. Öncəliyimiz futbol savadı və mədəniyyəti olan bir mütəxəssisi komandanın başına gətirməkdir".
ANS PRESS-in məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.
Bakı-2015-in təqdimat mərasiminin İstanbulda keçirilməsi məqsədilə Türkiyədə rəsmi səfərdə olan nazir həmkarlarımıza müsahibə verib. Azad Rəhimov bildirib ki, yığmanı türk mütəxəssis çalışdıra bilər:
"Milli komandanın başına gətirəcəyimiz mütəxəssisin təkcə A millini yox, aşağı yaş qruplapı üzrə komandalar və Premyer Liqada çıxıq edən klublarla da maraqlanmasını istəyirik. Namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var".
Nazir "Bakı-2015"lə bağlı da danışıb. Azid Rəhimov bildirib ki, inşaat işləri davam edir və gələn ilin 1 fevralınadək bütün bazalar istifadəyə veriləcək. O, həmçinin qeyd edib ki, yeni idman salonları ilə yanaşı, bəzi köhnə obyektlər də yenilənərək istifadəyə verilib:
"2012-ci ildə "Eurovision" müsabiqəsinin keçirildtiyi "Crystal Hall" Avropa oyunlarında həndbol və bənzər yarışlara ev sahibliyi edəcək. Bununla yanaşı, Bakıda 7 min 300 nəfərlik Olimpiya kəndinin və inşası davam edən 65 minlik Bakı Olimpiya stadionunun açılışı fevralın 1-də olacaq. İndiyədək 150 milyon avro pul xərclənib".
Mənbə:> ANSPRESS