Agent: Emin Mahmudov Azərbaycana istənilən vaxt gedə bilər
Hal-hazırda “Mordoviya” üçün oynayan Azərbaycan əsilli rusiyalı futbolçu Emin Mahmudovun agenti Oleq Şiqayev, onun müştərisinə hər gün Azərbaycandan zəng olunduğunu bildirib.
“Azərbaycandan hər gün zəng edirlər, onların klubları Emini öz sıralarında görmək istəyirlər – Oxu.Az Şiqayevin euro-football.ru saytında dərc edilmiş sözlərindən sitat gətirir. Amma ora istənilən vaxt gedə bilər, bunu özü də gözəl başa düşür.
Onu Azərbaycan yığmasına çağırırlarmı? Məgər yığma belə futbolçudan imtina edərmi? Çağırırlar, həm də çoxdan.
Amma əgər Emin bu təklifi qəbul edərsə, bizdə artıq legioner hesab ediləcək, limit isə bizdə çox ağırdır, ona görə də burada özün üçün çətinlik yarada bilərsən.
Birdən o, Rusiya yığması üçün də oynadı (gülür). Eminin oyun potensialını bildiyim üçün bunu real hesab edirəm. Hər şey ondan asılıdır. Pul onun üçün əsas deyil”.
“Mordoviya”ya qədər Emin Mahmudov “Saturn”, “Spartak”, “Tom” və “Krılya sovetov” komandalarında oynayıb.
Mənbə:> Oxu.az