Emin Ağalarov: “Leyla mükəmməl insan, unikal anadır...” » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Emin Ağalarov: “Leyla mükəmməl insan, unikal anadır...”

Emin Ağalarov: “Leyla mükəmməl insan, unikal anadır...”

“Crocus Group” şirkətinin vitse-prezidenti, müğənni Emin Ağalarov Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə boşandıqan sonra müğənni və "Səni unutmaq" mahnısına klip çəkdirib.

E.Ağalarov mahnının Leyla Əliyevaya həsr olunması ilə bağlı yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanların qəlbinə yaxın görünə bilər.

“Hisslər soyuya bilər, sevgi ötüb keçə bilər. Hətta əgər münasibətlər qurtarırsa, ürəkdə gecələr sakitcə yatmağa imkan verməyən nəsə qala bilər" - Ağalarov bildirib.

Emin etiraf edib ki, onun Leyla Əliyeva ilə münasibətləri çox gözəl olaraq qalır və onların doqquz illik nikahına xüsusi mahnı həsr olunmasına ehtiyac yaranmayıb.

“Leyla mükəmməl insan, tamamilə unikal anadır. Məndə uşaqların tərbiyəsi üçün ona minnətdarlıq hissindən başqa heç nə ola bilməz. Amma mən də yaxşı atayam” - deyə Emin qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *