Azərbaycana qalib gəlmədi və işini itirdi
Niko Kovaç Xorvatiyanın futbol üzrə yığmasının baş məşqçisi vəzifəsindən azad edilib. Bu barədə Reyter agentliyi bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Kovaç milli komandaya 2013-cü ilin oktyabr ayından başçılıq edirdi.
Xorvatiya yığması Avropa Çempionatı-2016-nın seçmə turnirində öz qrupunda 3-cü yerdədir. Xorvatların hesabında 8 matçdan 14 xal var. İtalyanlar 18 xal ilə liderlik edirlər, ikinci yerdə isə 16 xal ilə norveçlərdir.
Son matçlarda Xorvatiya yığması Azərbaycan komandası ilə (0:0) heç-heçə oynayıb və norveçlərə (0:2) məğlub olub.
Mənbə:> Oxu.az