“Panatinaikos” rəhbərliyindən “Qəbələ” şərhi – “Alçaldıcı idi...”
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos” və Azərbaycanın “Qəbələ” komandaları üz-üzə gəliblər.
“Qafqazinfo”nun məlumatına görə, “Qəbələ” oyunu 2:2 hesabı ilə başa vuraraq, səfərdən sərfəli hesabla qayıdıb və Avroliqanın qrup mərhələsinə düşüb.
Oyundan sonra rəqib komandanın rəhbərliyi jurnalistlərin suallarını cavablandırıblar.
Panantinaikosun prezidenti Yannid Alafouzos oyunu belə qiymətləndirib:
“Nәticә alçaldıcı idi. Bunu gözlәmirdik. Amma başqa seçim yoxdur. Artıq oyun bitib. Qarşıda bizi çempionat gözlәyir. "Qәbәlә" yaxşı oynadı vә qrup mәrhәlәsinә vәsiqә qazandı. Mәn azarkeşlərimizi başa düşürәm. Onlar bizә әsәbilәşmәkdә haqlıdırlar”.
Panatinaikosun baş mәşqçisi Yannis Anastasiu isə qələbəyə ümid bəslədiyini deyib:
“Biz inanırdıq ki, qrupa gedәcәyik. Amma edә bilmәdik. Oyuna yaxşı başladıq. Tәzyiq etdik. Qol şanslarımız çox idi. Amma şansımızdan istifadә edә bilmәdik. “Qәbәlә” isә şanslarından yararlandı. Avropa Liqasında belә şeylәr baş verir. Çox çәtin gün oldu”.
Mənbə:> Qafqazinfo.az