Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib – VİDEO (NƏTİCƏLƏR)

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib


Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə “Fənərbaxça”sı Ukrayna “Şaxtyor”u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.

Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.

Bundan başqa, Rusiya MOİK-inin Çexiya “Sparta”sı, “Panatinaikos”un (Yunanıstan) Belçika “Brügge”si ilə qarşılaşmaları da maraqlı olub. “Monako” isə İsveçrədə “Yanq Boyz”un qonağı olub.

Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Ağdamlılar Şotlandiyada “Seltik”in qonağı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi

İlk oyunlar


MOİK (Rusiya) - “Sparta” (Çexiya) - 2:2
“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2
“Midtyulland” (Danimarka) - APOEL (Kipr) - 1:2
“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2
“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna) - 0:0
“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika) - 2:1
“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3
“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *