Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Polşa ilə heç-heçə etdi
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda kişilərdən ibarət Azərbaycan millisi Polşa yığması ilə heç-heçə edib – 2:2.
Virtualaz.org-un məlumatına görə, qarşılaşmada Şəhriyar Məmmədyarov Duda Yan - Kşiştof, Teymur Rəcəbov - Rodoslav Voytaşek, Arkadi Naydiç -Tomçak Yaçek, Eltac Səfərli isə Kamil Draqun ilə xalları yarı bölüblər.
İtaliya komandası ilə qarşılaşan qadınlardan ibarət yığmamız da heç-heçə ilə kifayətlənməli olub.
Beləliklə, yeddi turdan sonra Azərbaycan və Polşa yığmaları olimpiadada liderlik edirlər. ABŞ komandası üçüncüdür.
Azərbaycanın qadın yığması 11 xalla səkkizinci pillədə qərarlaşıb. Qadınların yarışında Ermənistan yığması 13 xalla birincidir. Çin, Ukrayna, Gürcüstan-1 və Rumıniya yığmaları isə 12 xal toplayıblar.
Azərbaycan sabah Olimpiadanın reytinq-favoriti hesab olunan ABŞ yığması ilə qarşılaşacaq.
Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.
Mənbə:> Oxu.Az