Şəhriyar Məmmədyarov erməni ilə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Şahmat

Şəhriyar Məmmədyarov erməni ilə görüşdü

Şəhriyar Məmmədyarov erməni ilə görüşdü


Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib.Mötəbər yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edir.

Turnirin reytinq favoriti olan həmyerlimiz ikinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. İlk matçında rus Sergey Karyakin üzərində qara fiqurlarla qələbə qazanan "Şah" bu dəfə ağ fiqurlarla çıxış edib.

Görüşün 24-cü dəqiqəsində rəqiblər heç-heçəyə razılaşmalı olublar. Bu nəticə ilə xalını 1.5-ə yüksəldən Şəhriyar məğlubiyyətsiz davam edir.

"Şah"ın növbəti turdakı rəqibi ABŞ təmsilçisi Fabaino Karuana olacaq.

İkinci turun digər oyunlarını nəzərinizə çatdırırıq.

1. Şəhriyar Məmmədyarov (2809) - Levon Aronyan (2794) - 0.5:0.5

2. Aleksandr Qrişuk (2767) - So Uesli (2799)

3. Liren Ding (2769) - Fabiano Karuana (2784)

4. Vladimir Kramnik (2800) - Sergey Karyakin (2763)

Turnir cədvəli: Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Fabiano Karuana (hamısı 1 xal), Levon Aronyan, Liren Ding (hər ikisi 0.5 xal), So Uesli - xalsız.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *