Fariz Məmmədov 3 döyüş keçirəcək
Ötən gün Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov WBSA-nın vitse-prezidenti Yaşar Niftəliyevlə görüşüb.
ANS PRESS-in məlumatına görə, Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun meneceri kimi tanınan Yaşar Niftəliyevlə 2015-ci ildə baş tutacaq yarışlar barədə müzakirələr aparılıb.
Sonda, Fariz Məmmədovla menecer arasında 2015-ci il üçün müqavilə imzalanıb.
Müqaviləyə əsasən, boksçumuz yeni ildə 3 döyüş keçirməlidir.
Qeyd edək ki, peşəkar boksçu sonuncu dəfə Ukraynada Valentin Kuts üzərində parlaq qələbə qazanmışdı.
Mənbə:> ANSPRESS