Azərbaycanlı və ukraynalı rinqdən kənarda əlbəyaxa oldular » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycanlı və ukraynalı rinqdən kənarda əlbəyaxa oldular

Azərbaycanlı və ukraynalı rinqdən kənarda əlbəyaxa oldular


Krasnodarda Tech-KREP FC: PRIME SELECTION seriyasından olan turnirin dördüncü mərhələsində rəsmi çəki ölçmə mərasimi zamanı 84 kq-a qədər çəki kateqoriyasının iştirakçıları ukraynalı Artyom Şokalo ilə azərbaycanlı Bəxtiyar Abbasov ənənəvi baxış dueli zamanı gərginliyə dözməyərək toqquşublar.

Oxu.Az stadium.ru-ya istinadən xəbər verir ki, söz savaşından sonra ukraynalı idmançı azərbaycanlı rəqibini sinəsindən itələyib. Bu da iki döyüşçü arasında münaqişəyə səbəb olub.

Onları turnirin promouteri Aleksey Yatsenko aralaya və rinqdən kənarda davanın qarşısını ala bilib.

Emosional qarşılaşma turnirin əsas hadisəsinin fonunda – GEFC versiyası üzrə dünya çempionu rusiyalı Denis Qoltsovun və kəmərə namizəd ingilis Ceyms Maskvinin Krasnodarda iyulun 24-də keçiriləcək görüşünün fonunda baş verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *