Ukraynalı üzgüçü Avropa Oyunlarında starta gəlmədi
Ukrayna yığmasının üzgüçüsü Andrey Xloptsov Avropa Oyunlarının iyun ayının 27-də keçirilən yarışlara yatıb qaldığı üçün başlanğıca gecikib, bu barədə Ukrayna yerli KİV-i bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, nəticədə Ukrayna komandası 100 metrlik kompleks kombinə estafetinin startına çıxmayıb.
“Ukrayna komandasının lideri Andrey Xloptsov səhər üzməsinə yatıb qaldı və starta gələ bilmədi, onu təcili şəkildə başqa bir idmançı ilə əvəzləmək mümkün olmadı”.
Daha öncə Andrey Ukraynaya Avropa Oyunlarında 50 metrlik məsafədə baterfleydə qızıl və 50 metr kürəyi üstə üzmədə bürünc medal gətirib.
Mənbə:> Oxu.Az