Bakı-2015: Fransanın qadın və kişi cüdo komandaları çempion oldular » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Bakı-2015: Fransanın qadın və kişi cüdo komandaları çempion oldular

Bakı-2015: Fransanın qadın və kişi cüdo komandaları çempion oldular


Fransanın qadın və kişilərdən ibarət cüdo üzrə milli komandaları Avropa Oyunlarının qalibi olublar.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, Avropa Oyunlarının son günü kişi və qadınlar arasında cüdo üzrə milli komandalar arasında yarışlar keçirilib. Heydər Əliyev adına İdman Sarayında baş tutan yarışlarda qaliblər artıq məlumdur.

Belə ki, qadın cüdoçular arasında yarışlarda finalda Fransa millisi Almaniya təmsilçiləri ilə üzləşib. Fransızlar 4:1 hesabı ilə qalib gələrək Avropa Oyunlarının çempionu olublar.

Bürünc medallar isə İtaliya və Sloveniya xanımlarına qısmət olub. Onlar 3-cü yer uğrunda qarşılaşmalarda müvafiq olaraq Rusiya və Macarıstan komandalarına qalib gəliblər.

Fransızlar kişi cüdoçuların yarışında ən güclü olduğunu nümayiş etdiriblər. Onlar finalda Gürcüstan komandasından üstün olaraq Avropa Oyunlarının qızıl medallarını əldə ediblər.

Bürünc medallara isə Ukrayna və Rusiya cüdoçuları sahib olub. Onlar 3-cü yer uğrunda görüşlərdə müvafiq olaraq Macarıstan və Almaniya millilərini məğlub etməyi bacarıblar.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *