Unruh Almaniyaya böyük qələbə vəd edir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Unruh Almaniyaya böyük qələbə vəd edir

Unruh Almaniyaya böyük qələbə vəd edir


Liza Umruh (GER) fTofiq Bəhramov adına Respublika Stadionunda keçirilən reytinq raundunda bütün qızların nail ola bilmədikləri ən yüksək xalı qazandı. O, fərdi yarışda birinci, qarışıq komanda yarışında isə ikinci bölüşdürməyə nail olmaq üçün bütün imkanlardan istifadə etdi.

AzNews.info xəbər verir ki, Unruh 662 atış edib. İdmançı dünya çempionu Maja Jaqerdən (DEN) qabaq beş xalla, Natalia Valeeva (İTA) ilə mübarizədə isə dörd xal hesabı ilə geridə - üçüncü yerdə qərarlaşıb.

Dünya reytinqinə görə 23-cü yerdə dayanan Unruhun Almaniyanın oxatanları arasında qarışıq komanda yarışında sevimli dostu Florian Kahllunda qoşulacağı ehtimalı böyükdür. Onların üst-üstə götürülən birləşmiş 1336 xalı İtaliya ilə müqayisədə çox yüksəkdir. Lakin onların daha aşağı 10-ları italyanlardan da aşağı düşmələrinə səbəb oldu.

Almaniyalı məşqçi Oliver Haidn (GER) Unruhun və Kahllundun yaxşı bir cütlük nümunəsi olacaqlarına ümid bəsləyir.

Onların iştirak etdikləri yarışları izləyirdim və onların bir araya gəlməsindən öncə bunun yalnız biz vaxt faktoru olduğunu bilirdim.
-Məşqçi Oliver Haidn


Xatuna Narimanidze (GEO) qadınlar arasında reytinq raundunda yarışı dördüncü yerlə başa vurdu.

Lakin ən böyük geriyə dönüş isə Quendalina Sartori (İTA) tərəfindən oldu. O, neytral nöqtədə 22-ci yerdə dayanırdı, sonra reytinq raundunu altıncı yerdə başa çatdırmaq üçün son 36 ox vasitəsilə xalların sayını ən yüksək nöqtəyə çatdırdı.

Unruhun, Karina Vinterin (646 xal) və Yelena Rixterin (644 xal) Almaniya komandasından olan birləşmiş xalı İtaliyanın komandası ilə yarışda üçüncü yerdə dayanmaqla Rusiyanın 1617 ikinci ən yüksək reytinqli xallarından 12 dəfə yaxşı idi.

Rusiyalı məşqçi Stanislav Zabrodskiy öz komandasının küləyin öhdəsindən daha yaxşı gəlmək məcburiyyətində olduğunu dilə gətirərək çox məyus olduğunu bildirdi.

İlk silsilə yarışlarda İnna Stepanovanın külək sarıdan heç bəxti gətirməmişdi. O, üç oxla səhvlərə yol verdi və ona görə də zəif nəticələr əldə etdi.
-Rus məşqçi Stanislav Zabrodskiy


"O bütün diqqətini bir yerə toplaya bildi. Lakin daha yaxşı nəticələr əldə edə bilərdi. Bunu Rusiya komandasının digər üzvləri Natalia Erdiniyevaya və Kristina Timofeyevaya da aid etmək olar, onlar küləyin şıltaqlıqlarına sinə gərməyi bacarmalı idilər", -deyə məşqçi fikirlərini bildirib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *