Türkiyə voleybolçularına tamaşaçılardan böyük dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Türkiyə voleybolçularına tamaşaçılardan böyük dəstək

Türkiyə voleybolçularına tamaşaçılardan böyük dəstək


Kişilər arasında voleybol yarışlarının A qrupunda Türkiyə liderliyi ələ aldı.
AzNews.info-nun verdiyi xəbərə görə, İtaliyanın məşqçisi Mişel Totire etiraf edir ki, onlar rəqibləri Slovakiyanın gücünü lazımınca qiymətləndirməyiblər. Nəticədə, bazar günü kişilər arasında keçirilən voleybol yarışında 3-1 hesabı ilə məğlub olublar.

Slovakiyanın gözlənilməz qələbəsi

"Slovakiya bizi təəccübləndirdi. Onlar qələbələrinə görə öyünməyə layiqdirlər. Biz onlardan zəif oyun gözləyirdik. Çünki əvvəlcədən komandanın oyunlarını təhlil edərkən, onların hücumda daha az əzmkarlıq göstərdiklərini görürdük", - deyə məşqçi bildirib.

Başlanğıcda oyun bərabər gedirdi və komandalar arasındakı xal fərqi 3-ü keçmirdi. Slovakiya iki setdə xalları itirdi, lakin sonradan italyanlar 25-23 hesabı ilə 3-cü seti slovaklara hədiyyə etdilər.

Marsel Lux (SVK) 2-ci setdə önə çıxdı. Bundan sonra slovaklar əzmkarlıq nümayiş etdirdilər və nəticədə 25-22 hesabı ilə üstünlük əldə etdilər.

Üçüncü set beş dəqiqə dayandırıldı Slovakiyanın kapitanı Juraj Zatko (SVK) əvəzetmə ilə bağlı anlaşılmazlığa görə yarışlarda ilk sarı kartını aldı. İtaliya bu üstünlükdən istifadə edərək, 25-22 hesabı ilə önə keçdi.

Lakin italyanların sevinci uzun sürmədi, onlar son seti 25-21 hesabı ilə məğlub oldular. Qarşılaşmanın qalan hissəsini komandalar bərabər xallarla davam etdirdilər. Lakin slovak Peter Ondroviç həlledici zərbə ilə qələbəni ələ keçirdi.

Türkiyə tamaşaçılardan böyük dəstək aldı

Sessiyanın ikinci qarşılaşmasında Türkiyə Serbiya ilə görüşürdü. Tamaşaçıların hərarətli davranışı və böyük dəstəyi sayəsində Türkiyə rəqibini 3-1 hesabı ilə məğlub edərək oyundan qalib kimi ayrıldı.

Qələbə xalını Türkiyəyə 2-ci xətt hücumçusu Burutay Subasi qazandırdı.

"Biz Türkiyə Liqasında oynayanda, zalda 50-dən çox tamaşaçı olmur," - deyə Subasi bildirdi. "Burada demək olar ki, zal tam dolu idi və dəstək çox güclü idi."

İlk set yalnız bir tərəfin üstünlüyü ilə keçirdi. Türkiyə səkkiz ardıcıl xal qazandı və sonda isə seti 25-15 üstünlüyü ilə başa vurdu. Serbiya müqavimət göstərərək, ikinci setdə 25-21 hesabı ilə üstünlüyü ələ aldı. Lakin İzzet Univerin (TUR) hücumları və blokları Türkiyəyə yenidən önə çixmağa kömək etdi və onlar 25-20 hesabı ilə qalib gəldilər.

Son set bərabər xallarla - 14-14 hesabı ilə davam etdi. Lakin Kristal Zal 1-də tamaşaçıların əksəriyyətinin dəstəyi ilə Türkiyə irəli atıldı və 25-18 hesabı ilə oyunu qazanaraq A qrupunda liderliyi ələ aldı.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *