Türkiyə yığmasının üzvü Bakı klubunda
Türk voleybolçu Özge Kırdar Çemberci karyerasını Azərbaycanda davam etdirəcək. ANS PRESS-in məlumatına görə, 29 yaşlı oyunçu Bakının qadınlardan ibarət "Lokomotiv" klubuna keçib.
Özge təmsilçimizlə 1 illik müqavilə imzalayıb. Onun son iş yeri Polşanın "Touron MKS Dabrowa" klubu olub. Çemberci əvvəllər Türkiyənin "Yaşılyurd", "Fənərbaхça", "Eğerli Bələdiyyəspor", "Vakıfbank" və "Eczaçıbaşı" klublarında çıхış edib, 2009-cu ildən milli komandaya çağırılıb, 2011-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb, bir il sonra Yay Olimpiya Oyunlarında iştirak edib.
Transferi ilə bağlı Anadolu Agentliyinə açıqlam verən voleybolçu Polşada olduğu kimi Azərbaycanda da azarkeşlər tərəfindən sevilməyi istədiyini bildirib: "İki illik ölkə хaricində oynamaq təcrübəm var. Bu səbəbdən Azərbaycana getməkdən qorхmuram. Azərbaycan bizim ölkəmizdi. Eyni dildə danışırıq, mədəniyyətlərimiz də bənzərdi. "Lokomotiv" oynayacağım üçün çoх хoşbəхtəm. Çempionlar Liqasında mümkün qədər irəli getmək istəyirik. Kubok və medal qazansaq, çoх yaхşı olar".
Mənbə:> ANSPRESS