Dünyanı heyran edən Bakı Su İdmanı Mərkəzi… – FOTO
Altı min tamaşaçı tutumuna malik Mərkəzdə 800-dən çox idmançı mübarizə aparacaq
Bakı 2015 İlk Avropa Oyunlarının başlanmasına az bir müddət qalıb. Bununla bağlı jurnalistlər Bakı 2015 Sizi üzgüçülük üzrə Azərbaycan milli komandası baş məşqçisinin iştirakı ilə, Bakı Su İdmanı Mərkəzində bir qrup uşaq üçün təşkil ediləcək məşğələyə dəvət edildi. Tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman direktoru Pirs Okallahan, Bakı 2015-in ulduz elçisi Murad Dadaşov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanov iştirak edirdi.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman direktoru Pirs Okallahanın jurnalistlərə verdiyi aşıqlamasinda dedi: “Bu gün Azərbaycan üçün tarixi bir gündür. Biz birinci dəfə Avropa oyunlarında istifadə olunacaq Bakı Su İdmanı Mərkəsini istifadəyə veririk. Bu idman Mərkəzi Olimpiya standartlarına cavab verir. Bu gün burada Azərbaycan Milli komandasının nümayəndələri ilk dəfə olaraq, məşq -təlim prosesi keçəcəklər. Bəlkə də bu binanın son iki il ərzində ancaq bina olaraq xarici görünüşün görmüsüz. Ancaq indi biz buranı siz jurnalistlırə göstərməklə bildiririk ki , bura 6 min nəfər tamaşaçı tutumuna malik olan idman sahəsidir. Və mən hətta deyərdim ki, bu, dünyada ən yaxşı su idmanı mərkızidir. Bu məkanda azyaşlılar üçün təlim sessiyasının keçirilməsi xoşdur. Kompleksin tikilməsində əsas məqsəd onu Oyunlardan sonra sakinlərin istifadəsinə vermək idi. Bakı Su İdmanı Mərkəzi şəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir. Hovuz Olimpiya standartlarına uyğun tikilib və onun üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcəyinə əminəm”.
Bakı 2015-in ulduz elçisi Murad Dadaşov isə çıxışında bunları qeyd etdi: “Bu günlərdə bizim hamımızı sarsıdan xəbərlə bağlı, bir daha fürsətdən istifadə edib bütün xalqımıza dərin hüznlə başsağlığı vermək istəyirəm. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Qalanlara isə şəfasını diləyirəm. Bakı Su İdman Mərkəzi tam olaraq istifadəyə verilib. İstehsal dövrü bitib. Uğurla biz inşallah böyük məmnuniyyıtlə ilk Avropa oyunlarının su idman növləri üzrə yarışlarını burda qəbul etməyə hazırıq. Mən bir neçə dəqiqə öncə Əməliyyat Komitəsinin İdman direktoru cənab Pirslə də danışdım. Ondan soruşdum ki, dünyanı gəzən bir insansınız, müxtəlif böyük yarışlarda işirak edirsiz və bu sahənin peşəkarısız. Dünyada sizi valeh edən hansı su idman mərkəzi oldu? Dedi ki, mən yanılmaram, desəm ki, bu dəqiqə ən müasiri Azərbaycandadır. Ona görə yox ki, biz indi artıq öyrəşmişik ki , ən müasir olsun. Doğrudan da ən müasir texnologiyalar üzrə qurulub. İçində olduğumuz bu böyük bir mərkəz, basseynlər təkcə Avropa Oyunları standartına deyil, dünya idman yarışları standartındadır. Bizdə üzgüçülük ənənələri var. Dəniz kənarında yaşayan xalqıq. Üzməyi həvəskarcasına bacarırıq. Amma peşəkarcasına başqadır. Burda gördüyünüz körpə uşaqlar , əminliklə deyə bilərəm ki, gələcək üzgüçülər-cempionlardır . Federasiyanın rəhbərliyi də cox mobilər. Qələbə gözləyirəm. Bizim həmvətənlilərimiz bilet alıb burda iştirak etsə, bizim uşaqlara bu böyük dəstək olar. 22 gün sonra bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bu, ölkəmizi nümayiş etdirmək üçün bizə ayrılmış vaxtdır. Bu, möhtəşəm festival olacaq və mən sizi tədbirdə iştirak etməyə və onun bir hissəsi olmağa dəvət edirəm. Mən ailəmlə birlikdə orada olacağam və idmançılarımızı dəstəkləyəcək, idman tamaşasından zövq alacağam. Su idmanı növləri üzrə yarışlara biletlər hələ də satışda var. Biletləri https://tickets.baku2015.com veb səhifəsindən onlayn qaydada, yaxud 12 bilet satış məntəqəsinin birindən almaq mümkündür. Yenidən burada görüşənədək!”.
Tədbir haqqında danışan Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov isə bunları bildirdi: “Bakı 2015 Avropa Oyunları Azərbaycan tarixinin ən böyük idman tədbiridir və bu, mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici bir haldır. İdman sağlam qalmaq, yeni dostlar qazanmaq, məşhur olmaq üçün ən yaxşı vasitədir. Oyunların daha çox azyaşlını idmanla məşğul olmağa cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlar qazanmağa ruhlandıracağına ümid edirəm. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycan üçün böyük bir şansdır. Gələcəkdə belə tipdə böyük mötəbər yarışlarının keçirilməsi yəqin ki planlaşdırılacaq. Yeniyetmə uşaqların idmana istiqamətləndirilməsi bizim sağlam gələcəyimizin təminatıdır. Kiçik yaşlı uşaqlar gələcəkdə daha yaxşı nəticələr gösrərməyə çalışacaqlar. Üzgücülüklə məşğul olmayanlar da bu işə yanaşacaqlar. Biz də Avropa Oyunlarına ciddi hazırlaşırıq. Azərbaycana gələn, bütün böyük ənənələri olan Avropa komandaları ilə birlikdə rəqabət aparmağa tam hazırıq. Cünki, biz keçən ilin avqust ayından daha sıx surətdə yarışlara hazırlaşarıq. Uşaqlarımız bir ildir evdə yoxdular. İnanırırıq ki Avropa ila rəqabətə tam hazırıq. Fatimə Alkərəmova öz yaşıdına görə dünyada cox idmançı ilə rəqabət aparmağa qadirdir. Fatimə Alkərəmova dedi ki, hazırlıqlar gedir. İnsallah hamımız 1-ci yeri tutarıq. 2 aydir məşqlər gedir. Güclü rəqiblər olacaq. Nüsrət Allahverdiyev isə 3 aydır məşğuldur. Kiçik yaşlı idmançıdır. Arzusu məşhur üzgüçü, cempion olmaqdır”.
Qeyd edək ki, 6000 tamaşaçı tutumuna malik Bakı Su İdmanı Mərkəzi Avropa Oyunlarının Bayraq Meydanı qrupunda yerləşən yeddi arenasından biridir. Kompleks, 800-dən çox idmançının su idmanının üç növü üzrə medal uğrunda mübarizə aparacağı 14 günlük yarışa ev sahibliyi edəcək.
Arena Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2012-ci il tarixli Sərəncamına əsasən inşa olunub. Mərkəzin təməlqoyma mərasimi isə 2013-cü il aprelin 19-da keçirilib. Mərkəzdə iki üzgüçülük və bir suya tullanma hovuzu var. Əsas və təlim hovuzlarının ölçüləri eynidir (50x25 m) və Olimpiya standartlarına və tələblərinə cavab verir. Təlim hovuzu iki hissəyə ayrıla bilər və bir hissənin dərinliyi gənc üzgüçülər üçün uyğunlaşdırıla bilər. Suya tullanma hovuzunun dərinliyi 5 metrdir və idmançıların yarışa hazırlıq otağı da daxil olmaqla suya tullanma üzrə təlim sessiyaları üçün mükəmməl avadanlıqlarla təchiz olunub.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir. Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Mənbə:> Bizimyol.info