Pavel Elyanov: Ukrayna Azərbaycandan çox geri qalır
Ukraynanın tanınmış şahmatçısı Pavel Elyanov Ukrayna və Azərbaycanda şahmata olan diqqəti müqayisə edib.
“Dövlət baxımından bizim Azərbaycandakı kimi dəstəyimiz yoxdur. Azərbaycanda şahmatın inkişafı və gənc şahmatçıların dəstəyi ilə bağlı 5 illik proqram var”.
Oxu.Az xəbər verir ki, qrossmeyster Sport.ua saytına verdiyi müsahibəsində deyib.
“Biz, təəssüflər olsun ki, bu gün bu planda geri qalırıq”, - şahmatçı bildirib.
“Mənə elə gəlir ki, şahmatın inkişafında maraqlı olan və dövlətə yaxın adamları tapmaq lazımdır. Misal olaraq Rusiyanı göstərə bilərəm, orada Dvorkoviç, Jukov var.
Azərbaycanda isə məsələn xaricdən olan bir sıra məşqçilər çalışıb. İndi də məsələn Aleksandr Xalifman. Biz bu ölkələr kimi qabağa getməliyik. Mən əlbəttə inanmıram ki, bizim bu cür şəraitimiz olacaq. Lakin hesab edirəm ki, heç olmasa bu şəraitə yaxın şərait olmalıdır. Hələ ki, biz onlarla tam rəqabətdəyik. Lakin bir neçə il keçəcək və kim bilir sonra nə olacaq.
Başqa gənc şahmatçılar böyüyəcək, bu planda isə bizim şərait tam kifayət etmir... Və mən qorxuram ki, bir neçə il keçəcək və biz onlarla rəqabət aparmayacağıq”, - o deyib.
Mənbə:> Oxu.Az