Hacı Əliyevlə Mahir Əmiraslanov üçün daha bir şans » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün daha bir şans

Hacı Əliyevlə Mahir Əmiraslanov üçün daha bir şans


Azərbaycanlı güləşçilər – Mahir Əmiraslanovla Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda bürünc medal qazanmaq şansı əldə edib.

Oxu.Az xəbər verir ki, hər iki idmançımızın uduzduğu dağıstanlı güləşçilər finala çıxdığından, onlar dünya üçüncüsü ola və Tokio Olimpiadasına birbaşa vəsiqə qazana bilər.

Bunun üçün hər iki idmançımız sabah təsəlliverici görüşlərə qatılacaq. 57 kq-da mübarizə aparan II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov ilk belə görüşündə monqolustanlı Bexbayar Erdenebatla görüşəcək. Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev (-65 kq) isə misirli Əmr Ramazan Hüseynlə qarşılaşacaq.

Qeyd edək ki, bu gün 65 kq-da mübarizə aparan bolqar legionerimiz Elis Manolova bürünc medal görüşünə çıxacaq. Onun rəqibi həmyerlisi Yuliana Yaneva olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *