A.Rəhimov: Lyukla bağlı qəza edən “Formula 1” pilotuna cərimə ödəyəcəyik » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Avto

A.Rəhimov: Lyukla bağlı qəza edən “Formula 1” pilotuna cərimə ödəyəcəyik

A.Rəhimov: Lyukla bağlı qəza edən “Formula 1” pilotuna cərimə ödəyəcəyik


“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm oluğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub:

“Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimizdir, heç bir insident baş vermədən yoluna qoyduq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə ilişərək qəza ilə üzləşən “Williams” bolidinə dəymiş zərərin sığorta üzrə ödənəcəyini bildirib:

“Bu halda isə problemi vizual olaraq görmək mümkünsüz idi. Problem aşağı hissədən qaynaqlandı, kanalizasiya qapağını saxlayan qarmaqlar pas atıb və nəticədə “Williams”la belə xoşagəlməz hadisə yaşanıb. Amma belə hallar olur. Monakoda da, Çində də, Malayziyada da belə olub. Yəni təkcə şəhər trasları deyil, treklərdə də yaşanıb. Təəssüf ki, bu dəfə belə halla biz üzləşdik. Bir neçə dəfə “Williams”dan üzr istədik. Komandaya dəymiş zərər sığorta üzrə ödənəcək. Söhbətin hansı məbləğdən getdiyini hələ bilmirik. Amma dəqiqdir ki, həmin zərər tamamilə ödənəcək. Baş verənlərdən sonra biz hər qapağı 4 dəfə yoxladıq. Mümkün olan hər şeyi bərkitdik. 100 faizlik etibarlılıq yəqin ki, heç yerdə yoxdur. Lakin biz 99,9 faiz təminat veririk”.

İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *