İslandiya millisinin qapıçısı: “Qarabağ”a keçməyim səhv addım idi
“Valur” klubu ilə danışıqlar uzun çəkdi. Yeni ildən əvvəl mövsümün qalan hissəsində “Qarabağ”da çox az oynayacağımla bağlı məlumat aldım.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”dan ayrılan və İslandiyanın “Valur” klubu ilə müqavilə bağlayan futbolçu Hanes Haldourson deyib.
İslandiya millisinin 34 yaşlı qapıçısı yeni klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. 34 yaşlı əlcək sahibi təqdimetmə mərasimində verdiyi açıqlamada “Qarabağ”a transferini səhv addım kimi qiymətləndirib:
“Bir bədbəxtlik və qəribəlik var. Ora getməyim səhv addım idi. Darıxdırıcı iş idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son üç il karyeramın ən yaxşı dönəmləri idi. Amma bu qərar doğru olmadı”.
Qeyd edək ki, Hanes Haldourson “Qarabağ”a ötən yay Danimarkanın “Randers” klubundan keçmişdi.
Mənbə:> Oxu.Az