“Şaxtyor”un qapıçısı “Qarabağ”da
2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk legioner transferini gerçəkləşdirib.
Oxu.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalayıb.
Ukraynalı qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
Kanibolotski vaxtilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.
Mənbə:> Oxu.Az