“Qarabağ”ın qapıçısı da milli komandaya çağrıldı
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç növbəti dəfə Bosniya və Hersoqovina millisinə dəvət alıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı qolkiper baş məşqçi Məhməd Bazdareviçin 32 nəfərlik siyahısında yer alıb.
Bosniyalılar mayın 28-də İspaniya ilə yoxlama oyunu keçirəcək. Sonra Şehiçin milli komandası Yaponiyada keçiriləcək Kirin kubokunda iştirak edəcək.
Buna qədər “Qarabağ”ın digər futbolçusu – müdafiəçisi Ansi Aqolli yığmaya çağrılmışdı.
Mənbə:> Allsport.az