Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb

Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb


Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində Azərbaycan təmsilçisi medal qazanıb.

Oxu.Az xəbər verir ki, B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub.

On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.

Birinci yeri 7,5 xalla Ukrayna təmsilçisi Stanislav Boqdanoviç tutub. Gümüş medalı ermənistanlı Tiqran Harutyunyan qazanıb.

Digər şahmatçılarımızdan Vüqar Əsədli doqquzuncu, Aydın Süleymanlı 21-ci, Xanım Balacayeva 82, Read Səmədov 114-cü və Ülviyyə Fətəliyeva 115-ci olub.

Qeyd edək ki, yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov beş xalla qırxıncı, Eltac Səfərli dörd xalla 75-ci yeri tutub. Bu qrupda qalib adını yeddi xalla estoniyalı Kaido Kulaots qazanıb. Ermənistanlı Haik Martirosyan yeddi xalla ikinci, hindistanlı Krişnan Sasikiran 6,5 xalla üçüncü yeri tutub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 mart 2019 12:31
  • Yazan: jinjin
O, həmişə heyran qalmış bir istedaddır
candy crush soda

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *