Azərbaycan klubu müqavilə bağladığı iranlı futbolçunu 15 günə geri göndərdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Azərbaycan klubu müqavilə bağladığı iranlı futbolçunu 15 günə geri göndərdi

Azərbaycan klubu müqavilə bağladığı iranlı futbolçunu 15 günə geri göndərdi


“Sumqayıt” transfer etdiyi futbolçunu Azərbaycan Premyer Liqasında oynada bilməyəcək.

Oxu.Az xəbər verir ki, yanvarın 29-da İrandan olan milliyyətcə azərbaycanlı Peyman Keşəvərzlə bağlanmış 6 ay + 1 illik müqavilə pozulub.

Buna səbəb klub rəhbərliyinin transferdən sonra futbolçunun cari mövsüm artıq iki klubda oynadığını bilməsidir.

Belə ki, 22 yaşlı müdafiəçi cari mövsümün əvvəlində Omanın “Yasan Əl-Vaste” klubunda çıxış edib, daha sonra Təbrizin “Göstəriş Fulad” komandasına keçibmiş. Futbol qaydalarına görə isə bir oyunçu cari mövsüm maksimum iki klubda oynamış ola bilər.

“Sumqayıt” üçüncü klub olduğundan, onun Azərbaycanda 2018/19 mövsümü üçün futbol oynaması mümkünsüzə çevrilib. Beləliklə, 15 gün sonra klub bu futbolçunu yola salıb.

Qeyd edək ki, belə bir hal cari mövsümdə ikinci dəfə baş verir. “Keşlə” klubu Emin Mehdiyevi transfer etsə də, daha əvvəl Türkiyənin həvəskar və Azərbaycanın I divizionunda oynadığından, bu futbolçunu oynada bilməmiş və məcburiyyətdən müqavilə bağladığı futbolçunu icarəyə verməli olmuşdu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *