Azərbaycanlı futbolçu “Sportinq”də
Müqavilə bir mövsüm üçün nəzərdə tutulub.
Portuqaliyanın “Sportinq”i rəsmi olaraq azərbaycanlı futbolçu Budaq Nəsirovun komandaya keçidini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, gələn mövsümdə 20 yaşlı yarımmüdafiəçinin klubun ikinci komandasının tərkibində meydana çıxacağı barədə məlumat klubun saytında yerləşdirilib.
Müqavilə bir mövsüm üçün nəzərdə tutulub, amma müqavilə 2021-ci ilin iyun ayına qədər uzadıla bilər. Bundan başqa oyunçu başqa klub tərəfindən transfer edilərsə, onun üçün 60 milyon avro həcmində təzminat ödənilməlidir.
Xatırladaq ki, müqavilə “Sumqayıt”a məxsus olsa da, Nəsirov keçən mövsümü Gəncənin “Kəpəz”ində keçirib.
Mənbə:> Oxu.az