“Neftçi” farslarla oyununu ləğv etdirdi
“Neftçi” PFK-nın Antalya toplanışı çərçivəsində yanvarın 20-də “Esteqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.
Oxu.Az xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır.
İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.
Xatırladaq ki, dünən “Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) “Neftçi” yanvarın 23-də “Slovan” (Liberets, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
Mənbə:> Oxu.Az