Ronaldu zorlama ittihamı ilə bağlı “Real”dan şübhələnir
“Yuventus”un hücumçusu Kriştian Ronaldu amerikalı Ketrin Mayorqanın zorlama iddiasının “Real” klubu ilə əlaqəli olmasından şübhələnir.
Oxu.Az La Repubblica nəşrinə istinadən xəbər verir ki, futbolçu zorlama ittihamlarının yenidən gündəmə gəlməsində Madrid klubunun rəhbərliyinin əli olduğunu düşünür.
Futbolçu həmçinin əmindir ki, UEFA Çempionlar Liqasında “Yuventus”un “Valensiya”ya qarşı oyununda qırmızı vərəqənin almasının arxasında da “Real” dayanır.
Qeyd edək ki, zorlama ittihamları üzündən 33 yaşlı Ronaldu sponsor gəlirlərinin bir hissəsindən məhrum olub.
Mənbə:> Oxu.Az