“Yuventus” Ronaldu ilə bağlı bəyanat yaydı
“Yuventus” klubu Kriştianu Ronalduya qarşı zorlama ittihamı ilə bağlı rəsmi bəyanat verib.
Oxu.Az xəbər verir ki, bəyanatda futbolçuya dəstək ifadə olunub.
“Kriştianu Ronaldu son aylarda peşəkarlıq və işə sədaqət nümayiş etdirib. Bu isə “Yuventus”da hamı tərəfindən qiymətləndirilir. Guya 10 il əvvəl baş vermiş hadisələr bu baxışlara təsir etmir. Bu böyük insanla ünsiyyətdə olanlar da bu fikirdədir”, - deyə bəyanatda vurğulanıb.
Mənbə:> Oxu.Az