Ketrin Mayorqa: Mən çevrildim, Ronaldu isə alt paltarımı çıxarmağa çalışdı
“Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronaldunu zorlama ittiham edən amerikalı Ketrin Mayorqanın məhkəmədə söylədikləri məlum olub.
Oxu.Az xəbər verir ki, Mayorqa 2009-cu ildə baş vermiş hadisənin təfərrüatını açıqlayıb.
“Bu, Ronaldu idi. O mənə yaxınlaşdı və əlimdən tutaraq dedi: “Sən! Mənimlə gedəcəksən!”. Ronaldu həm də dedi ki, əgər onu öpsəm, buraxacaq məni. Mən isə dedim ki, yaxşı, öpərəm səni, vəssalam”, - deyə o vurğulayıb.
Müəllim işləyən Mayorqa bildirib ki, gecə klubundakı tanışlıqdan sonra futbolçunun penthausuna gediblər. O, orada Ronaldu ilə dostcasına cakuziyə hoppandığını, oradan çıxandan sonra isə futbolçunun öz şortlarını ona verdiyini və nəhayət göstərdiyi qayğıya görə Ronaldunu öpdüyünü bildirib. Qadın iddia edir ki, məhz bu öpüş hər şeyin başlanğıcı olub.
“Mən çevrildim, o isə alt paltarımı çıxarmağa çalışdı. Müqavimət göstərdim, Ronaldu isə üstümə cumdu”, - deyə o bildirib.
Mayorqanın sözlərinə görə, bu hadisədən sonra o öz evinə qayıdıb və Ronaldu bir daha ona zəng etməyib.
İddia olunur ki, Ronaldunun vəkilləri qalmaqalın olmaması üçün müəlliməyə 400 min dollar ödəyiblər.
Mənbə:> Oxu.Az